Qukeş Dommaracu dünya çempionu olub – tacın ən gənc sahibi

image-shahmatjpg-1734010115backend
image-ad_qayo_720x110px

18 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaracu şahmat üzrə dünya çempionu olub.

Busaat.az idman.biz-ə istinadla xəbər verir ki, şahmat tacı uğrunda görüşdə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.

Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.

Qeyd edək ki, Qukeş Dommaracu 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixində ən gənc dünya çempionu kimi düşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki