“Mançester Sitinin” baş məşqçisi Pep Qvardiola və “Barselona”nın ulduzu Lionel Messi koronavirusla mübarizəyə dəstək nümayiş etdirib.
Busaat.az xəbər verir ki, ispan mütəxəssis Tibb universiteti və “Angel Soler Daniel” xeyriyyə mərkəzinə 1 milyon avro bağışlayıb.
Messi isə “Hospital Clinic” xəstəxanasına 1 milyon avro yardım edib. Klinika buna görə ulduz futbolçuya təşəkkür edib.
İspaniyada 40 mindən çox insan COVID-19 virusuna yoluxub.