Rayonlara ayrılan dotasiya 24 % azaldılır

image-69b80316-23ae-3bb9-9569-e2ace0cc2892_850backend

2024-cü ildə Azərbaycanın şəhər və rayonlarından 58-i (Lerik rayonu əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər.

Busaat.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qalan 7 rayona yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 9,3 milyon manat maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulur ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 3,0 milyon manat və ya 24,0 faiz az, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 22,8 milyon manat və ya 70,9 faiz azdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90