Rafael Ağayev yarımfinalda

image-rafaelqerlebebackend

Karateçimiz Rafael Ağayev (75 kq.) bu gün Tokio-2020-də mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, idmançımız B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajikanovla (Qazaxıstan) döyüşəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, ən azı bürünc medalı da təmin edəcək. O, artıq ilk üç döyüşündə qələbə qazanıb və liderliyə yüksəlib və son görüşün nəticəsindən asılı olmayaraq yarımfinala yüksəlib. O, son görüşündə uduzsa belə, ən pis halda qrup ikincisi kimi “pley-off”a adlayacaq.

Agayevin döyüş proqramı:

1) Rafael Ağayev – Noa Biç – 2:1.
2) Rafael Ağayev – Çuneari Yahiro – 5:0
3) Rafael Ağayev – Nurkanat Ajikanov – 3:2

4) Rafael Ağayev – Luici Busa

Qeyd edək ki, beşqat dünya çempionu Ağayevin əsas rəqibi Luici Busa sayılır. O, ikiqat dünya, altıqat Avropa çempionudur. Ağayev 2015-ci ikdə Bakıdakı Avropa Oyunlarının finalında Busaya qalib gəlib. Digər rəqib Noa Biç Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Çuneari Yahiro isə Dünya Oyunlarının bürünc mükafatçısıdır. Nurkanat Ajikanov isə yeniyetmələr arasında Asiya oyunlarının gümüş mükafatını qazanıb.





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90