Rəis təqdimat verdi, nazir 3 nəfəri işdən çıxardı

image-1693416139_erebackend

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.

Busaat.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmrlər imzalayıb.

Əmrlərə əsasən, Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar xidmətin Təchizat idarəsinin rəisi ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90