Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğuna gətirilib.
Busaat.az xəbər verir ki, o ötən gün törətdiyi qətllə bağlı istintaq orqanına aparılıb. Gün ərzində onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə təqdimat göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 9-da səhər saatlarında Rəşad Dağlı Lökbatan qəsəbəsində qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürüb.
***
Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.