ABŞ hakimiyyəti Respblikaçılar Partiyasının qurultayının keçirildiyi ərazinin xarici konturuna odlu silah gəzdirilməsini qadağan etməmək qərarına gəlib.
Busaat.az xəbər verir ki, bunu Amerikanın Miluoki şəhərinin meri Kavalier Conson təsdiq edib.
Eyni zamanda o, daxili dövrəyə girmək istəyənlərin hələ də odlu silahlarını təhvil verməli olduqlarını vurğulayıb.
Bundan əlavə, mer yerli etiraz aksiyaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Onun sözlərinə görə, şəhər rəhbərliyi nümayişçilər üçün xüsusi yerlər hazırlayıb.
Ariz Həsənoğlu