Resurs bolluğundan resurs fəlakətinə keçid: Hər şey resursun düzgün istifadə edilməməsindən başlayır

Resurs bolluğundan resurs fəlakətinə keçid: Hər şey resursun düzgün istifadə edilməməsindən başlayırbackend

“İnsan kapitalı və dövlət institutları normal inkişaf etməyəndə resurs gəlirlərinin qısamüddətli “xoşbəxtliyi” çox çəkmədən geridəqalmışlığa yol açır”.

Busaat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadi inkişaf yolunu dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçı hesab edir ki, 2006-cı ildən sonra Azərbaycan iqtisadiyyatı yalnız sərmayə və əməyin istismarı sayəsində böyüyüb:

“Təhlillər göstərir ki, Azərbaycanda yalnız 2000-2006-cı illərdə iqtisadiyyat daha keyfiyyətli (real məhsuldarlığın artımı) böyümə dinamikası göstərə bilib. Daha sonrakı bərbad vəziyyətin adını “Bakı-Tbilisi-Ceyhan (BTC) effekti” yaxud qısaca neft effekti də adlandırmaq olar. Çünki proses düzgün idarə edilməyəndə resurs bolluğu çox sürətlə resurs lənətinə çevrilir.

2006-cı ildən sonra Azərbaycan iqtisadiyyatı yalnız ekstensiv böyüməyə nail olub. Bu, həmçinin resursları və enerjinin səmərəsiz şəkildə tükətmək qarşılığında baş verib. İntensiv böyümə isə mövcud iqtisadi yanaşmanın və institutların, institusional bölgünün olduğu bir dövrdə sadəcə bir “xəyal ürünü” ola bilərdi. Dolayısı ilə resurs gəlirlərinin iqtisadiyyata inteqrasiyasında Qazaxıstan və Rusiya kimi oxşar keçmiş və neft-qaz zəngini olan ölkələrə müqayisədə daha uğursuz davranmışıq.

Xüsusilə Gürücüstan modelinə əsasən başa düşmək olur ki, resurs qıtlığı əslində daha liberal iqtisadi siyasətin, effektiv iqtisadi institutların formalaşmasını zərurətə çevirməklə dayanıqlı inkişaf üçün əlverişli əsaslar yaradır. Nəticədə xalqına orta və uzunmüddətli dövr üçün daha güvənli rifah vəd edir. Bunun qarşılığında insan kapitalı və dövlət institutları normal inkişaf etməyən, yaxud bunun üçün heç bir cəhd edilməyən bir ölkədə resurs gəlirlərinin qısa müddətli “xoşbəxtliyi” çox çəkmədən geridəqalmışlığa (bütün sahələrdə) yol açır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki