Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft109.98 $▲0.42%
  • WTI neft100.81 $▼0.15%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)2.987 $▲0.07%
  • Qızıl4 027 $▲0.13%
  • Gümüş53.87 $▼0.54%
  • Pambıq79.56 ¢▼0.87%
  • Buğda617.00 ¢▼0.96%
  • Bitcoin79 622 $▼0.53%
  • Ethereum2 307 $▼0.87%
  • S&P 5007 670▲0.62%
16°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
İdman

Romadan Avro-2020-yə ev sahibliyi alına bilər

image-roma
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Roma şəhəri Avro-2020-yə ev sahibliyindən məhrum edilə bilər.

Busaat..az “Sport Mediaset”ə istinadən xəbər verir ki,  buna səbəb ölkənin oyunlara azarkeş qəbul edəcəyinə təminat verməməsidir. UEFA Avro-2020-yə ev sahibliyi edəcək 12 şəhərin hər birindən matçların keçiriləcəyi stadionlardakı tribunaların 25 faizi tutumunda azarkeş buraxılacağına təminat verməyi tələb edir. Roma isə hələlik Olimpiya stadionunda bunu  bacarmayıb. Ona görə də şəhər ev sahibliyindən məhrum edilə bilər. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qavina artıq ölkənin baş naziri Mario Draqiyə müraciət edib. O, baş nazirdən ölkədəki vəziyyətin çətinliyinə baxmayaraq, UEFA-ya təminat verə bilmək üçün hər cür səy göstərməsini xahiş edib.

Roma da daxil olmaqla digər problem yaşayan şəhərlərin UEFA-ya təsdiq göndərməsi üçün son tarix aprelin 16-sıdır.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun – 11 iyula təxirə salınıb. Yarışa  ev sahibliyi edəcək 12 şəhərdən artıq 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib. Bunlar Bakı, Amsterdam, Budapeşt,  Buxarest, Qlazqo, Kopenhagen, London və Sankt-Peterburq şəhərləridir.

Qol.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43544