Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu 99 şallaq zərbəsi ilə cəza gözləyir. Forvard yenidən İrana səfər edərsə, cəza tətbiq olunacaq.
Busaat.az xəbər verir ki, bu barədə Index HR məlumat yayıb.
Mənbənin sözlərinə görə, belə ağır cəzaya səbəb portuqaliyalının davranışı olub – Ronaldo Asiya Çempionlar Liqasının “Persepolis”lə səfər oyunundan sonra (görüş sentyabrın 19-da baş tutub) iranlı sənətçini qucaqlayıb öpüb. O, bununla ölkənin qanunlarını ən sərt şəkldə pozub.
Qeyd etmək lazımdır ki, Fatimə (sənətkarın adı belədir) əlilliyi olan bir şəxsdir, həm də portuqaliyalı futbolçunun böyük fanatıdır. Ona görə də görüş onun üçün çox şey ifadə edirdi. Lakin qərara alınıb ki, portuqaliyalı yenidən İrana qayıdarsa, 99 şallaq cəzası ilə cəzalandırılsın.
Bu mövsüm Ronaldo bütün turnirlərdə oynadığı 11 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Səudiyyə Ərəbistanı çempionatının doqquz turundan sonra “Əl-Nəsr” 19 xalla üçüncü pillədə qərarlaşıb.