
Rosneft alman nazirliyi məhkəməyə verib
Rosneft Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.
Busaat.az xəbər verir ki, şirkətin bu addımı atmasına səbəb nazirliyin Rosneft Almaniyaya qəyyum təyin etməsi olub.
Belə ki, Rosneftin iddiasına görə, şirkətin neft tədarükü ilə bağlı öhdəliklərini həmişə yerinə yetirməsinə baxmayaraq, şirkətin bütün aktivlərini, o cümlədən ölkədəki üç neft emalı zavodunu idarə edən Rosneft Almaniyaya qəyyum təyin etmək qərarı ədalətsizdir. Buna görə də, şirkət Leypsiq Federal İnzibati Məhkəməsində (BVerwG) İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə qarşı iddia qaldırıb.
Qeyd edək ki, Almaniya hökuməti ölkədəki enerji böhranını əsas gətirərək sentyabrın 16-da Rosneftin ölkədəki törəmə şirkəti olan “Rosneft Germany” şirkətinə qəyyum təyin edib.
Almaniya üçün dizel və benzin yanacağının əsas tədarükçüsü olan Şvedtdəki PCK neft emalı zavoduna nəzarət Bundesnetzagentura verilib.
Bundesnetzagentur həmçinin, Rosneft Almaniyanın Karlsruedəki MiRo neft emalı zavodunda və Vohburqdakı Bayernoil neft emalı zavodundaki payını alıb.


















