Rövnəq Abdullayev Canni De Byazi ilə görüşdü – Fotobackend

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

Busaat.az xəbər verir ki, AFFA prezidenti baş məşqçiyə yeni fəaliyyətə başladığı işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək matçlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov da görüşdə iştirak edib.