“Apardığım araşdırmanın nəticəsinə əsasən Rusiyanın Ukrayna cəbhəsində indidən sonra hansısa vəziyyəti dəyişməsi barədə belə bir perspektivin mümkün görünmədiyini deyə bilərəm”.
Bunu Rusiyanın son vaxtlar mediada Ukraynanın əlehinə yayımladığı xəbərlərə münasibətini bildirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasına deyib.
O bildirib ki, Rusiya mediasında yalnız son dövrlərdə deyil, müharibə başladıqdan bəri hər gün anti-Ukrayna propaqandası aparılır:
“Rusiya mediasına baxsaq sanki rus ordusunun Lvova qədər gedib çatdığını və Ukraynanın artıq məğlub olduğunu görərik. Rusiya cəbhədə uduzduqca propaqandanı artırır. Məsələ burasındadır ki, apardığım araşdırmanın nəticəsinə əsasən, Rusiyanın Ukrayna cəbhəsində bundan sonra hansısa vəziyyəti dəyişməsi barədə belə bir perspektivin mümkün görsənmədiyini deyə bilərəm”.
“Ukraynada hansısa qalibiyyət əldə edə bilməsi üçün Rusiyaya davamlı dəstək lazımdır. Rusiya öz imkanları hesabına döyüşür. İrandan 2-3 dənə dron almaqla iş həll olmur. Öz imkanları hesabına müharibəni davam etdirən Rusiya bir gün tam tükənəcək. Ukrayna isə Rusiyadan fərqli olaraq daim Qərbdən silah-sursat və hərbi texnika alır. Ukrayna hərbçilərinə NATO təlimləri keçirilir. Ona görə də Rusiyanın yaxın perspektivdə hər hansı ciddi addım atması və müharibənin taleyini dəyişməsi o qədər də inandırıcı görsənmir”, – politoloq qeyd edib.
Ələsgər / Busaat.az