“Rusiya bu addımla özünə tərəfdaş yığmaq istəyir” – ŞƏRH

image-rusiyabackend

“MDB-nin Baş Katibinin fikirləri Rusiyanın özünə doğrudan da tərəfdaş tapmaq cəhdlərindən irəli gəlir”.

Bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedevin, “Qərb dövlətləri MDB məkanında sabitliyi pozmaq üçün təxribatlar hazırlayır”, – sözlərini şərh edən politoloq Vüqar Qədirov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, MDB Baş Katibinin belə bir açıqlaması verməsi doğrudan da Rusiyanın öz ətrafına birinci növbədə tərəfdaş toplamaq niyyətindən irəli gəlir:

image-vuqar-qedirov

 

“İkinci olaraq isə Amerika Birləşmş Ştatları ilə Qərbin insan hüquqları və demokratiya pərdəsi altında daim istər Ərəb ölkələrinə, istər MDB ölkələrinə müəyyən dəyişikliklərə nail olmaq istəyi heçkimə sirr deyil. İdeoloji xəttini bərpa etmək və özünə uyğun hakimiyyətlər formalaşdırmaq üçün Qərbin öz niyyətləri var”.

“Ancaq bu açıqlamada MDB-nin baş katibinin fikirləri Rusiyanın özünə doğrudan da tərəfdaş tapmaq cəhdlərindən irəli gəlir. Çünki Rusiya hazırda təklənib, beynəlxalq cinayət məhkəməsinin Putinlə bağlı qərarı var. Ona görə də müharibənin uzanması rusiyanın iqtisadi cəhətdən çöküşünə gətirib çıxarır. Bu səbəbdən belə mövqenin nümayiş edilməsi təsadüfi deyil, məqsədli addımdır. Ancaq Qərbin də süddən çıxmış ağ qaşıq olmadığını, belə niyyətlərinin ola biləcəyini ehtimal etməliyik”, – politoloq qeyd edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki