Rusiya cavab verəcək – Zelenski

image-zelenski1backend

“Terrorçu dövlətin (Rusiya nəzərdə tutulur – red.) bütün etdiklərinə görə ən qısa zamanda hesab verməsi üçün əlimizdən gələni edəcəyik”.

Busaat.az xəbbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Xatırladaq ki, son raket hücumu nəticəsində 6-sı uşaq olmaqla 23 nəfər həlak olub.

Hücumun təşkilatçılarının cavab verəcəklərini bildirən Zelenski qeyd edib: “Terror dövlətinin ən qısa zamanda hərəkətlərinə görə cavab verməsi üçün əlimizdən gələni edəcəyik. Bu cür raket hücumlarını hazırlayan hər kəs bilməlidir ki, onlar qətldə şərikdirlər. Raketləri yönləndirən və buraxan, təyyarələrdən və gəmilərdən terror üçün istifadə edən hər kəs. Təkcə əmr verənlər deyil, hamınız terrorçu və qatilsiniz və hamınız cəzalandırılmalısınız. Umanda son hücumda 6 uşaq, ümumilikdə 23 insan həyatını itirdi. Xatirələri parlaq olsun. Bütün ailələrə və yaxınlarına başsağlığı verirəm”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90