Rusiya Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır – Putin

image-pasinyan-putin-reuters-1962658backend

Rusiya Ermənistanın aparıcı ticarət-iqtisadi tərəfdaşı olaraq qalır.

Busaat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“Mən bir daha ona diqqət çəkmək istəyirəm ki, Rusiya Ermənistanın aparıcı kommersiya tərəfdaşı olaraq qalır. Ermənistanın ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiyada həyata keçirilir. Rusiya, ola bilsin ki, Ermənistanda əsas sərmayəçi hesab olunur, təxminən 40% sərmayə ilə biz ön plandayıq. Bu ilin 10 ayı ərzində ticarət dövriyyəsinin artımı 67 faiz təşkil edib. Bu, çox ciddi və yaxşı göstəricidir” – deyə, Putin bildirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90