Rusiya İsveçin Ukraynadakı zavoduna raket zərbəsi endirib, üç işçi ölüb

image-ukraynabackend

Rusiyanın İsveçin Ukraynanın Lutsk şəhərindəki rulman (podşipnik) zavoduna raket zərbəsi endirməsi nəticəsində üç işçi ölüb.

Busaat.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveç şirkəti məlumat yayıb.

“Dünən gecə Ukraynanın Lutsk şəhərinə hücum olub və nəticədə zavodumuza ciddi ziyan dəyib. Üç həmkarımızın öldüyünü təsdiqləməkdən çox kədərlənirik”, – deyə SKF-nin sözçüsü Karl Byörnstam bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90