“12 İran PUA-sı zərərsizləşdirilib” – Ukrayna Baş Qərargahı

image-mohajer-6backend

Son sutka ərzində İran istehsalı olan 12 PUA zərərsizləşdirilib.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

“Bundan başqa 12 nəzarət məntəqəsi, canlı qüvvə, silah-sursat və hərbi texnikanın cəmləşdiyi 17 ərazi, eləcə də düşmənin 20-dən çox digər mühüm obyekti vurulub. Ötən sutka ərzində Rusiya tərəfi 1 ballistik və 28 qanadlı raket atıb. Qanadlı raketlərdən 2-si məhv edilib” –deyə, məlumatda qeyd olunub.

Əlavə olaraq Rusiyanın 2 hava hücumundan müdafiə sisteminin zərərsizləşdirildiyi vurğulanıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90