Rusiya MN : “Krıma dron hücumunun qarşısı alındı”

Rusiya-Ukraynabackend

Səhər saatlarda rus qüvvələri Ukraynanın Krıma hücum cəhdinin qarşısını alıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya qüvvələri ötən gecə Kiyev rejiminin 20 pilotsuz uçuş aparatından istifadə etməklə Krım yarımadasında terror aktı törətmək cəhdinin qarşısını alıblar”, – deyə açıqlamada bildirilir.

“Alınan terror aktı tələfat və dağıntılara səbəb olmayıb”, – nazirlik əlavə edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 14 Ukrayna pilotsuz uçan aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 6-sı isə hərəkətsiz hala gətirilib.

Krıma 25 pilotsuz uçuş aparatının cəlb olunduğu əvvəlki pilotsuz təyyarə hücumu iyulun 30-da həyata keçirilib.

Qeyd edək ki, Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasına cavab verməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90