Rusiya mediasından enerji PROQNOZU: Türkiyə və Rusiya Avropanı ikiyə böləcək – ARAŞDIRMA

image-turk-akimibackend

Rusiya prezidenti Vladimir Putinin Rusiyanın “Şimal axını”ndan göndərilə bilməyən təbii qazı Qara dəniz vasitəsilə göndərmək barədə fikirləri, hətta Avropa üçün Türkiyədə təbii qaz mərkəzi yaradıla biləcəyi sözləri gündəmdə qalır.

Rusiya mətbuatı layihənin reallaşacağı təqdirdə bunun Avropa İttifaqının enerji bazarını köklü şəkildə dəyişdirəcəyini yazıb.

Putin Rusiyadan Avropaya qaz nəqli üçün istifadə edilən “Şimal axını 1” boru kəmərinin keçən ay baş verən sızmalardan sonra sıradan çıxdığını və bunun yerinə Türkiyə üzərindən Avropaya qaz təchizatı mərkəzinin yaradıla biləcəyini bildirib.

 

TÜRKİYƏYƏ BÖYÜK ÜSTÜNLÜK VƏD EDİR

Rusiya mətbuatı layihənin reallaşacağı təqdirdə daha əvvəl Rusiya ilə enerji sahəsində əməkdaşlıqdan qazanclı çıxan ölkələrin ciddi itkilərlə üzləşə biləcəyini bildirib. Ancaq Türkiyə bu nöqtədə istisna təşkil edib və bu halda Türkiyənin qazanclı olacağına diqqət çəkilib.

Rusiya Enerji və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin vitse-prezidenti Sergey Kondratyev mövzu ilə bağlı Rusiya mətbuatına verdiyi açıqlamada, “Türkiyə təkcə Avropanın ən böyük qaz mərkəzi olmayacaq, böyük ehtimalla bu mənada tək olacaq” – deyə, bildirib.

 

Türkiyə Avropanın yeganə qaz mərkəzinə çevrilsə, nə qazanacaq?

Rusiya mətbuatına açıqlama verən Kondratyev iki ehtimalın gündəmdə olduğunu açıqlayıb: Ya Türkiyə Rusiya qazının Avropa İttifaqı sərhədinə qədər tranzit ölkəsi olacaq, ya da Rusiya qazı Türkiyənin mülkiyyətinə çevrilib yenidən satılacaq. Birinci ehtimal reallaşarsa, Ankara tranzit ödənişlərindən ciddi gəlir əldə edə biləcək.

Rusiyalı ekspertin fikrincə, bu səbəbdən Türkiyə yaxın illərdə Avropada qaz qiymətinin ən aşağı olduğu ölkələrdən biri olmaq yolundadır. Rusiya qazının Türkiyəyə ümumi həcmi 55 milyard kubmetr olan “Türk axını”nın iki yeni qolundan keçəcəyi ehtimal edilir.

 

AVROPANIN QAZ XƏRİTƏSİ DƏYİŞƏCƏK

Kondratyev bu qənaətdədir ki, ucuz qaz bir sıra problem yaşayan Türkiyə iqtisadiyyatına ciddi töhfə verəcək. Rusiyalı ekspertin fikrincə, Türkiyə həm Rusiya, həm də Avropa istehlakçıları ilə bu məsələdə razılığa gələ bilsə, hətta qazın qiymətinin müəyyənləşdirilməsinə də təsir edə bilər.

Ekspertə görə, Balkan ölkələri, mərkəzi və cənubi Avropa Türkiyə üzərindən Rusiya qazından faydalana biləcək. Xüsusilə Macarıstan, Avstriya, Yunanıstan, Bolqarıstan, Serbiya və İtaliya kimi ölkələr üçün Türkiyədən idxal ediləcək qaz çox əhəmiyyətli olacaq.

 

UCUZ QAZ ALA BİLƏR

Türkiyədə yaradılması planlaşdırılan təbii qaz mərkəzi Avropanın qaz xəritəsini də dəyişəcək. Rusiya mətbuatı Avropanın iki fərqli bazara bölünəcəyini yazıb. Bir tərəfdə Almaniya, Baltikyanı ölkələr, Polşa və Skandinaviya ölkələri olacaq ki, onlar Amerikanın bahalı LNG və Norveç qazının tədarükünə diqqət yetirəcək, digər tərəfdən isə Balkanlar, Cənubi və Mərkəzi Avropa ölkələri olacaq. Onlar isə, Rusiyadan Türkiyə vasitəsilə daha ucuz qaz alacaq.

Kondratyev vurğulayıb ki, bu vəziyyət xüsusilə Avropanın şimalında çətinliklər yarada bilər. Rusiyalı ekspertin fikrincə, bu bölgələrdə əczaçılıq və maşınqayırma müəssisələri dövriyyənin azalması və durğunluqla üzləşəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90