Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.14 $▼1.40%
  • WTI neft101.46 $▼1.75%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.988 $▼2.03%
  • Qızıl4 000 $▼0.20%
  • Gümüş53.88 $▼0.13%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda624.00 ¢▼0.16%
  • Bitcoin79 564 $▼0.73%
  • Ethereum2 307 $▼0.97%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Dünya

Rusiya MN: "Partlayışdan sonra 20-dən çox Qarabağ sakini tibbi yardım üçün sülhməramlılara müraciət edib"

image-rusiya-mudafie-nazirliyi
Rusiya Müdafiə Nazirliyi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yanacaq partlaması nəticəsində yanıq xəsarətləri alan ümumilikdə 23 mülki şəxs tibbi yardım üçün Rusiya sülhməramlılarına müraciət edib.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin tibbi qrupunun rəhbəri Pavel Suslov deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, komandanın həkimləri Xankəndi-Əsgəran yolu yaxınlığında baş verən yanacaq partlayışından sonra müraciət edən Qarabağ sakinlərinə təcili tibbi yardım göstəriblər.

“Hadisədən indiyədək yuxarı tənəffüs yollarının, yuxarı və aşağı ətraflarının yanıq xəsarətləri alan ümumilikdə 23 sakin həkim briqadasına müraciət edib. Xəsarət alanların hər birinə bütün lazımi tibbi yardım göstərilib: zədələrin ilkin cərrahi müalicəsi, anestezik və ya reanimasiya yardımı. Hazırda sonrakı müalicə taktikası müəyyənləşdirilir”, – deyə Suslov bildirib.

Sülhməramlı kontingentin obyektlərində müasir tibbi avadanlıqla təchiz olunmuş modul tipli düşərgə yerləşdirilib. Bu, hər gün 80 rentgen, ultrasəs və ya flüoroqrafiya müayinəsi aparmağa imkan verir. Bura həmçinin cərrahiyyə üçün də istifadə edilə bilən sarğı bölməsi və reanimasiya modulu daxildir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, həkim briqadasına müxtəlif ixtisaslar üzrə həkimlər, o cümlədən hərbi cərrahlar, anestezioloqlar, terapevtlər, epidemioloqlar və psixoloqlar daxildir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123225