Məzmuna keç
  • Azeri Light127.00 $▲0.32%
  • Brent neft110.04 $▲0.47%
  • WTI neft101.06 $▲0.10%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.005 $▲0.67%
  • Qızıl4 033 $▲0.29%
  • Gümüş54.13 $▼0.07%
  • Pambıq79.49 ¢▼0.96%
  • Buğda623.25 ¢▲0.04%
  • Bitcoin80 236 $▲0.24%
  • Ethereum2 328 $▲0.04%
  • S&P 5007 624▼0.52%
19°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
İdman

Rusiya Olimpiya Komitəsinin “Katyuşa” mahnısı ilə bağlı tələbi rədd edildi

image-bc32c9b0-5db0-3a63-bc56-8c477173b3f6_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Olimpiya Komitəsi (OKR) Tokio və Pekin olimpiadalarında dövlət himni əvəzinə “Katyuşa” mahnısından istifadə edə bilməyəcək.

“Report” “Inside the Games” nəşrinə istinadən xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) OKR-in bu məsələ ilə bağlı tələbini rədd edib.

CAS dopinq qalmaqalı ilə bağlı Rusiya idmançılarının nüfuzlu beynəlxalq yarışlarda – olimpiya, paralimpiya oyunlarında, dünya çempionatlarında ölkə bayrağı və himni ilə çıxış etməsinə qadağa qoyub. Qadağa 2022-ci il 16 dekabradək qüvvədə olacaq. Rusiya təmsilçilərinin olimpiadalarda hansı marşdan istifadə edə biləcəyinə dair son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul – 8 avqusta təxirə salınıb. Pekindəki Qış Olimpiya Oyunları 2022-ci il 4 – 20 fevralda gerçəkləşəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40165