“Rusiya Paşinyanı Azərbaycanın daha güclü olduğuna inandırmalıdır”- Konstantin Remçukov

“Rusiya Paşinyanı Azərbaycanın daha güclü olduğuna inandırmalıdır”- Konstantin Remçukovbackend

“ATƏT-in Minsk Qrupu həmsədrləri – Fransa, ABŞ və Rusiya – Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycanın Dağlıq Qarabağ problemini öz xeyrinə həll etdiyinə inandırmalıdır”.

BUSAAT.AZ xəbər verir ki, bu sözləri “Nezavisimaya Qazeta”nın baş redaktoru Konstantin Remçukov bildirib. Onun sözlərinə görə,  “Ötən həftələr bizim fərziyyəmizin doğruluğunu göstərdi. Bu münaqişədə yeni şey Azərbaycanın bu problemi həll etməkdə qərarlı olduğunun açıq-aydın özünü göstərməsidir.

30 ilə yaxın müddət ərzində nəticəsiz danışıqlara görə Azərbaycan özünə məxsus hesab etdiyi əraziləri geri almaq üçün bu münaqişəyə girdi. Və bu problemi hərbi yolla həll etməkdədir.

Baş redaktorun sözlərinə görə, indi Rusiya və Sergey Lavrovun qarşısında çox çətin vəzifə durur.

“Əliyev məsələni hərbi yolla həll etdi. Və düşünürəm ki, indiki halda hər kəsin – fransızların, amerikalıların və rusların Paşinyanı Azərbaycanın münaqişənin xeyrinə həll etdiyinə inandırmaq olacaq.

Ancaq bu vəziyyətdə, başa düşdüyüm odur ki, Azərbaycan hərbi baxımdan daha yaxşı hazırlanıb və bu ölkənin daha güclü olduğu ortaya çıxdı”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki