Rusiya quru qoşunlarının gücünə görə Avropanı üstələyir

image-69backend

Rusiya quru qoşunlarının gücü və təchizatı baxımından Avropanı əhəmiyyətli dərəcədə üstələyir.

Busaat.az xəbər verir ki, bu barədə Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) ekspertləri “Le Figaro” qəzetinin dərc etdiyi araşdırmada belə qənaətə gəliblər.

Rusiya Silahlı Qüvvələrinin imkanlarını Avropa NATO ölkələrinin birləşmiş qüvvələri ilə müqayisə edən araşdırmaya görə, Avropa qoşunları hərbi texnika – artilleriya silahları və mərmilər, hücumçu dronları və zenit raketləri ilə kifayət qədər təchiz olunmayıb.

Avropanın digər zəif tərəfi qitə boyu qoşunların hərəkəti ilə bağlı infrastruktur və tənzimləyici məhdudiyyətlərdir.

Mütəxəssislər həmçinin Rusiyanın quru qoşunlarının Avropa ölkələri ilə müqayisədə sayca üstünlüyünü qeyd etdilər – təqribən 950 000-ə qarşı 750 000. Bu boşluq, IFRI-nin vurğuladığı kimi, döyüş hazırlığındaki fərqlər və Avropanın siyasi parçalanması ilə gücləndirilir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki