Rusiya Ukraynanın Cənubi Donetskdə hücumlarını dayandırdığını açıqlayıb

image-1677745021backend

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusunun Cənubi Donetsk cəbhəsində 5 yerdə genişmiqyaslı hücuma keçdiyini, lakin Rusiya müdafiəsini yarıb keçməsinə icazə verilmədiyini bildirib.

Busaat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Donetsk cəbhəsindəki vəziyyətlə bağlı açıqlama verib.

Ukrayna ordusunun bəzi briqadalarının təşkil etdiyi hücumlar barədə məlumat verən Konaşenkov deyib: “İyunun 4-ü səhər saatlarında düşmən digər hərbi hissələrin dəstəyi ilə 23-cü və 31-ci Mexanikləşdirilmiş Briqadalara strateji mövqedən kütləvi hücuma keçdi”.

Ukrayna əsgərlərinin 6 mexanikləşdirilmiş və 2 tank batalyonundan ibarət olduğunu qeyd edən Konaşenkov cəbhənin ən zəif yerindən müdafiəni yarıb keçməyi qarşısına məqsəd qoyan Ukrayna əsgərlərinin üzərinə düşən vəzifəni yerinə yetirə bilmədiklərini bildirib.

Rusiya ordusunun “Şərq” bölmələrinin hərəkətləri nəticəsində Ukrayna ordusunun 250-dən çox əsgəri, 16 tankı, 3 piyada maşını və 21 zirehli texnikasını itirdiyi barədə məlumatı paylaşan Konaşenkov bildirib: “Baş Qərargah rəisi, Birləşmiş Qüvvələr Qrupunun komandanı Valeriy Gerasimov da bu istiqamətdə irəli komanda mərkəzlərindən birində olub”.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki