Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub – 12 nəfər ölüb, 30 nəfər yaralanıb

image-1701c3c5-6a74-4dfc-a9e1-5e3d15125c0fbackend

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitse şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Busaat.az  “RBK-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki