Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 572 $▼0.24%
  • Ethereum2 345 $▼0.43%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Rusiya Ukraynanın Yakovlevka qəsəbəsini işğal etdi

image-440491825_0_0_2739_1540_600x0_80_0_0_025435f2f9e02e52b708f73b8be1552d

Ukraynanın Donetsk vilayətindəki Yakovlevka qəsəbəsinin Rusiya hərbçiləri tərəfindən nəzarətə götürüldüyünü bildirilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukraynada qarşıdurmaların davam etdiyini bildirən Konaşenkov, “Rusiya qüvvələrinin Donetsk istiqamətində irəliləməsi nəticəsində Donetsk Xalq Respublikasının Yakovlevka qəsəbəsi nəzarət altına alındı” – deyə, işğalı legitimləşdirib.

Konaşenkov davam edib: “Bu günə qədər Ukraynaya aid 344 təyyarə, 184 helikopter, 2 min 676 pilotsuz uçuş aparatı, 398 hava hücumundan müdafiə raket sistemi, 7 min 149 tank və zirehli texnika, 931 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 691 haubitsa və minaatan, 7 min 650 xüsusi hərbi avtomobil məhv edilib”.

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov isə, sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun Belqorod şəhərinə hücum etdiyini bildirib.

Hücum zamanı Rusiya hava hücumundan müdafiə sisteminin işə salındığını bildirən Qladkov hücum nəticəsində şəhərdəki toyuq fabrikinin zədələndiyini qeyd edib.

Qladkov hücumda 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul