Rusiya XİN-ə cavab: “Azərbaycan humanitar məsələlərə biganə yanaşmır” – ŞƏRH

image-azerbaycan-ukraynaya-novbeti-humanitar-yardim-gonderib-94836backend

“Sülhə dəstək verən ölkə kimi Azərbaycan Ukraynaya hər zaman humanitar yardım göstərib”.

Bunu Azərbaycandan Ukraynaya göndərilən və enerji ehtiyaclarının müəyyən bir qismini ödəməyə hesablanan humanitar yardıma etiraz edən Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirən siyasi şərhçi Vüqar Əhmədov Busaat.az-a açıqlamasında deyib.

image-vuqar_ehmedov876

O bildirib ki, Azərbaycan Ukraynaya hərbi yox, humanitar yardım edir: “Rusiya Xarici İşlәr Nazirliyinin Azərbaycanın Ukraynaya etdiyi humanitar yardım barədə söylədikləri anlaşılan deyil. Məsələyə qeyri-obyektiv yanaşılaraq söylənən fikirlərdir. Humanitar yardım Ukraynaya Rusiya ilə müharibə başlayandan edilib. Burada maliyyə və ya hərbi yardımdan söhbət gedə bilməz.

Rusiyada belə fikirlərin formalaşmasına səbəb Laçın yolunda sülhməramlıların fəaliyyətinə keçirilən etiraz aksiyasıdır”.
Azərbaycanın hər zaman humanitar məsələlərdə həssas olduğunu bildirən şərhçi əlavə edib: “Azərbaycan Respublikası dövlət səviyyəsində Ukraynanın ərazi bütövlüyü tanınıb. Sülhə dəstək verən ölkə kimi Azərbaycan Ukraynaya hər zaman humanitar yardım göstərib. Beynəlxalq hüquqa əsaslanaraq müharibədə, pandemiya yaşanan çətinliklərlə bağlı hansısa ölkəyə humanitar yardım verilməsi normal haldır. Azərbaycan baş verən hadisələrə biganə yanaşa bilməz. Biz hətta Azərbaycanın Ermənistana qarşı necə humanist mövqedən çıxış etdiyinin şahidiyik. Laçın yolunda keçirilən etiraz aksiyası nəticəsində yol bağlanıb. Xankəndidə yaşayan ermənilərə belə Azərbaycan humanitar yardım göstərməyə hazır olduğunu bildirib”.

Busaat.az/Ələsgər

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki