Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft90.03 $▲0.79%
  • WTI neft82.98 $▲0.92%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.235 $▼4.40%
  • Qızıl3 530 $▼5.20%
  • Gümüş41.39 $▼8.21%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda592.75 ¢▲1.37%
  • Bitcoin61 480 $▼0.70%
  • Ethereum1 724 $▼1.82%
  • S&P 5007 176▼2.00%
14°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Siyasət

Rusiya yeni dünya qurmaq istəyir - Hansı dövlətlər mövcud olmayacaq?

image-put_dun
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“ABŞ-ın BMT-dəki səfiri bildirib ki, Rusiya Ukraynanı yer üzündən silmək istəyir. Bu böyük siyasi kəşf deyil, bu çoxlarının bu ilin fevralına qədər təxmin etdiyi və nəhayət fevralda inandırdığı bir faktdır. Bunda yeni bir şey yoxdur, amma Rusiya əli çata biləcəyi bütün ölkələri Yer üzündən silmək istəyir. Beləcə, yeni dünya qurmaq istəyir”.

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, Rusiya Ukraynanı tamamilə məhv etmək fikrində deyil:

“Ukraynadakı müharibə Rusiya ilə onun qonşuları arasında, sözün geniş mənasında Lissabon və Kəlkütə (Hind okeanında çəkmələrə salam) qədər uzanan münaqişənin bir hissəsidir.

Bu gün Rusiyanın bütün dünyada, o cümlədən Afrika və Latın Amerikasında atdığı bütün addımlar Rusiyanın Ukrayna ilə müharibəsinin ssenarisinə daxildir.

2020-ci ilin fevral ayına qədər Rusiya kifayət qədər sakit görünə bilər, hətta kifayət qədər yaxşı təəssürat bağışlaya bilər, amma fevraldan sonra Kremlin obrazı dəyişdi. Ya hamımızı məhv edirlər, ya da özlərinin məhvinə səbəb olacaq qərarlar qəbul edirlər.

Kosovodakı hadisələr, Suriya müharibəsi, Lavrovun Afrikaya səfəri və Moskvanın iştirak etdiyi hər şey Ukrayna cəbhəsindəki əməliyyatların bir hissəsidir. Bunu inkar etmək, Kremlin Ukraynada, keçmiş sovet bloku ərazisində dayanacağına ümid etmək sadəlövhlüyün zirvəsidir.

Təbii ki, onun kifayət qədər gücü olub-olmaması sual altındadır. Kosovo da məhz bu sualın cavablarından biridir. Rusiya Ukraynanı məhv etmək istəmir, Rusiya dünyanı dağıtmaq və xarabalıqları ələ keçirmək istəyir, necə ki, artıq Mariupolda, Severodonetskdə və s. yerlərdə artıq bunu reallaşdırıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82789