Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft106.14 $▲0.80%
  • WTI neft97.93 $▲0.88%
  • Avropa qazı (TTF)96.13 €▲2.87%
  • Təbii qaz (ABŞ)2.902 $▲0.62%
  • Qızıl3 913 $▼0.52%
  • Gümüş48.94 $▼1.33%
  • Pambıq77.22 ¢▼0.43%
  • Buğda605.25 ¢▲0.00%
  • Bitcoin76 905 $▲0.30%
  • Ethereum2 266 $▲0.73%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

Rusiyada nazirimizə medal təqdim olundu

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü baş tutub.

Nazirlikdən Busaat.az-a verilən məlumata görə, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.

Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ötən il Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.

Ölkələr arasındakı əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib.

Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar.

Görüşün sonunda, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Nazir Ceyhun Bayramova təqdim edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16631