Rusiyada səfərbərlikdən yayınmanın cəzası sərtləşdirilib – QƏRAR

image-putin-rusiyada-texniki-seferberlik-hazirlayir-videobackend

 Rusiya prezidenti Vladimir Putin səfərbərlikdən yayınan şəxslərin həbs cəzasının artırılması haqqında fərman imzalayıb.

Busaat.az xəbər verir ki, fərmana əsasən, Rusiyada hərbi cinayət məcəlləsinə bəzi dəyişikliklər edilib.

Yeni qərara əsasən, düşmən ordusuna könüllü təslim olan əsgərlər 10 il, müharibə zamanı talançılıq edən əsgərlər isə 15 il müddətinə azadlıqdan məhrum edilə bilər. Fərmanla səfərbərlik zamanı hərbi xidmətdən yayınmaya görə nəzərdə tutulan həbs cəzasının müddəti 5 ildən 10 ilədək artırılıb.

Putinin imzaladığı digər fərmanla Rusiya ordusunda 1 ildən artıq müqavilə ilə xidmət etmiş əcnəbi vətəndaşların Rusiya vətəndaşlığı alması prosesi asanlaşdırılıb. Sözügedən qanun layihələri keçən həftə Rusiya parlamentinin aşağı palatası olan Rusiya Dövlət Duması, daha sonra isə Federasiya Şurası tərəfindən təsdiqlənib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90