“Rusiyanın əməlləri, Hind-Sakit okean bölgəsinin önəmini gücləndirib” – Rəsmi London

image-mycollages_-_2022-03-11t154735-354backend

Rusiyanın Ukraynadakı hərəkətləri səbəbi ilə Hind-Sakit okean bölgəsi İngiltərə xarici siyasətinin çox önəmli bir hissəsi olmağa davam edəcək.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə Xarici İşlər naziri Ceyms Kleverli sui-qəsd nəticəsində həyatını itirən Yaponiyanın keçmiş Baş naziri Abe Şinzonun cənazə məclisinə qatılarkən bildirib.

“Rusiyanın Ukraynanı işğalı Yaponiya və ümumi olaraq Asiya ilə münasibətimizin önəmini gücləndirdi. Rusiyanın Ukraynadakı hərəkətləri sonrasında Hind-Sakit okean bölgəsinin gələcəkdə İngiltərə xarici siyasətinin daha önəmli bir hissəsi olmağa davam edəcəyindən şübhəm yoxdur” –deyə, Ceyms Kleverli vurğulayıb.

“Çinlə hər zaman uğurlu bir iqtisadi münasibət görmək istəyəcəyik. Ancaq dəstəkləmədiyimiz addımlar atılarsa Çini tənqid edəcəyimizi və müsbət addım atmağa təşviq edəcəyimizi dəqiq bir şəkildə ifadə edirik”– deyə, Kleverli əlavə edib. İngilis diplomat həmçinin, Çinin ölkəsinin ABŞ və Almaniyadan sonra 3-cü ən böyük ticarət ortağı olduğunu xatırladıb.

Qeyd edək ki, Kleverli Pekinin Sincan Uyğur Muxtar Vilayətindəki hüquqa zidd əməllərindən və Honq-Konqa olan münasibətdən narahat olduqlarını da dilə gətirib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90