Rusiya Hərbi Dəniz Qüvvələrinin dörd döyüş gəmisindən ibarət dəstə Çinin şimalındakı Qingdao limanına çatıb.
Busaat.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər uzaq məsafəli missiya çərçivəsində baş tutub və dekabrın 9-dək davam edəcək.
Dəstə 3 “Rusiya Federasiyası Qəhrəmanı Aldar Tsıdenjapov”, “Rezki” və “Qromki” korvetindən və “Peçenqa” dayaq gəmisindən ibarətdir. Səfər çərçivəsində Rusiya gəmilərinin komandanlığı Çin donanmasının hərbi-dəniz bazasının nümayəndələri ilə görüş keçirəcək.
Hərbi Dəniz Qüvvələrinin gəmilərinin səfəri Rusiya və Çin donanmaları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.
Zeyd Bağırzadə