Rza Rzayevin azadlıqda ilk FOTOSU

image-1722689554_img_3749backend

Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev bu gün azadlığa çıxıb.

Busaat.az xəbər verir ki, bununla bağlı videogörüntülər onun sosial hesabında paylaşılıb.

Azadlığa qovuşan aktyor əli ilə hər kəsi salamlayır.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsi sənətçinin müraciəti əsasında onun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.

Qeyd edək ki, aktyor “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki