Sabah bəzi avtobusların hərəkət istiqaməti DƏYİŞƏCƏK

image-1708880756_bakubusbackend

Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.

Bu barədə Busaat.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki