Məzmuna keç
  • Brent neft112.10 $▲1.14%
  • WTI neft103.10 $▲1.74%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.10%
  • Qızıl4 053 $▼0.09%
  • Gümüş53.68 $▼0.80%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda602.00 ¢▼1.55%
  • Bitcoin80 484 $▼0.39%
  • Ethereum2 332 $▼0.66%
  • S&P 5007 734▲0.14%
16°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Gündəm

Sabahın havası: Qar yağacaq, yollar buz bağlayacaq

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 11-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz  2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün  ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=3800