Sabiq baş katibə 11 il həbs cəzası verildi

image-c1cf4490-b3c8-3d10-9164-5c2373f7e694_850-1-jpg-1733924508backend

Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin məhkəməsi qərar qəbul edib.

Bununla yanaşı, federasiyanın keçmiş rəsmisi L.Yin 3,6 milyon yuan (təxminən 500 min ABŞ dolları) cərimələnib.

Məhkəmənin qərarına əsasən, rüşvətxorluq ittihamları ilə bağlı qanunsuz şəkildə əldə olunmuş bütün pullar müsadirə ediləcək və dövlət xəzinəsinə veriləcək. Məhkəmədən çatışmayan məbləğin axtarışının davam etdiriləcəyi bildirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki