Sabiq deputat silahlı hücuma məruz qaldı

Sabiq deputat silahlı hücuma məruz qaldıbackend

Türkiyənin Gələcək Partiyasının sədr müavini, sabiq deputat Selçuk Özdağ silahlı hücuma məruz qalıb.

Busaat.az xəbər verir ki, partiya sədrinin digər müavini Selim Temurci hadisə ilə bağlı tvitterində məlumat paylaşıb.

Bildirib ki, silahlı şəxslər S.Özdağın qarşısına evinin yaxınlığında çıxıb.

O, hücum edənləri şiddətlə qınadığını, cinayətkarların dərhal saxlanılaraq ədalət qarşısında cavab vermələrini gözlədiklərini bildirib.

S.Özdağın səhhəti ilə bağlı ətraflı məlumat verilməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90