“Sadəcə Laçın dəhlizi var, başqa dəhliz yoxdur“ – Papoyan

image-01backend

 Sadəcə Laçın dəhlizi var, sənəddə qeyd olunub, başqa dəhliz yoxdur.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanda hakim Mülki Müqavilə Partiyasını təmsil edən Ermənistan Respublikası Milli Assambleyasının maliyyə-kredit, büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorg Papoyan bildirib.

Papoyan İrana səfəri ilə bağlı təfərrüatlarını açıqlayıb: “Ermənistan istənilən vasitə ilə öz sərhədlərinin təhlükəsizliyini və qorunmasını təmin etmək hüququna malikdir. İstər Ermənistanın ərazi bütövlüyü, istərsə də sərhədlərin toxunulmazlığı, iqtisadi gündəm baxımından Ermənistan və İranın maraqlarının üst-üstə düşməyəcəyi heç bir məsələ yoxdur” –deyə, Papoyan təkcə İslam lideri və İran Xarici İşlər Nazirliyinin məlum bəyanatlarına deyil, həm də İran parlamentinin təhlükəsizlik və beynəlxalq məsələlər komitəsinin Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayan sənədinə istinad edib.

“Laçın dəhlizi anlayışı var ki, sənəddə təsbit olunub. Başqa bir dəhliz yoxdur, ancaq yolların açılması ilə bağlı bənd var. Ermənistan və İran yolların açılmasını alqışlayır. Ermənistan və İran arasında münasibətlər dostluq xarakteri daşıyır. Siyasi məsələlər və sərhəd məsələlərindən tutmuş, hər iki tərəfin qarşılıqlı maraqlarından qaynaqlanmayacaq heç bir məsələ qaldırılmayıb. Bütün bu məsələlər həm Ermənistan, həm də İran üçün eyni dərəcədə vacibdir” –deyə, Papoyan əlavə edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki