Sahibə Qafarovadan parlamentdə BÖYÜK TƏMİZLİK: “Gül balalar” atalarının yanına göndərilirbackend

Milli Məclisin sədri Sahibə Qafarova vaxtilə parlamentdə işə götürülmüş bır sıra sabiq məmurların övladlarını və yaxınlarını vəzifələrindən azad edib.

Busaat.az Yenicag.az-a istinadən məlumat verir ki, eks-spiker Oktay Əsədovun 15 illik sədrliyi dönəmində Milli Məclisdə müxtəlif vəzifələrə yerləşdirilən vəzifəli şəxslərin övladları ilə yollar bir-bir ayrılır.

Qeyd olunur ki, Milli Məclisin yeni sədri Sahibə Qafarova parlamentin dəhlizlərində lovğa-lovğa gəzməkdən başqa heç nəyə yaramayan “gül bala”ları gənc və savadlı kadrlarla əvəzləyir.

Əldə etdiyimiz məlumata görə, Gəncə şəhərinin sabiq icra başçısı Elmar Vəliyevin oğlu Elmir, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun oğlu Aynar, deputat İlham Məmmədovun oğlu Tural Məmmədov və o kateqoriyadan olan daha bir neçə şəxs Milli Məclisdən uzaqlaşdırılıb.