Sahil Babayev islahatlara BAŞLADI – Bəzi şöbələr LƏĞV EDİLDİ

image-sahil-babayev-kimdir-780x470-1backend

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

Busaat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb.

Nazirliyin Şimal bölgəsində Quba-Xaçmaz Regional Maliyyə idarəsi Qusar şəhərində yaradılıb.

Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib.

Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilatı işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki