Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.58 $▲4.70%
  • WTI neft88.41 $▲3.68%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.351 $▲2.54%
  • Qızıl3 892 $▼2.23%
  • Gümüş50.02 $▼2.74%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 059 $▼0.26%
  • Ethereum2 010 $▼0.12%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Mədəniyyət

Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - Vəsiyyət

image-5824f938f566761f319870fb38c79048_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əməkdar artist Cabir Abdullayev Xalq artisti Arif Babayevin vəsiyyətini açıqlayıb.

Busaat.az xəbər verir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Arif Babayev bir neçə tələbəsinin gələcəyini ona həvalə edib:

“Hamımızın başı sağ olsun. Ailəsində sənətinin davamçısı yox idi. Bir neçə tələbəsi var ki, onları da mənə tapşırıb. Deyib ki, onlara dəstək ol. Nə qədər canımda can var, həmişə onlara dəstək olub, qabağa çəkməyə çalışacağam”

Xanəndə Arif Babayevi Azərbaycan muğam sənətinin sütunu adlandırıb:

“Tək Qarabağ deyil, bütün Azərbaycanın fəxri idi. Sağ olsun, dövlətimiz də son ana kimi ona dəstək verdi. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm ki, həmişə sənət adamlarının yanındadır. Hazırda qəbiristanlıqdan çıxıb evə gedirəm. Arif müəllim böyük şəxsiyyət idi. Gözəl xanəndə, dost və valideyn… Onun haqqında nə desən, hamısı Arif müəllimə yaraşır, bəlkə də ondan da artığına layiqdir. Heyif ondan… O qədər fikirliyəm ki… Valideynlərimi, qardaşımı itirəndə vəziyyətim necə idisə, bu gün də eyni haldayam. Sanki onları indi dəfn etmişəm. Neçə ildir birlikdə idik, muğamımızın sütununu itirmişik, ağlamayaq neynəyək?! Ən başlıcası, ağsaqqalımız idi. Onun yoxluğuna ürək dözə bilmir, çox çətindir”.

Cabir Abdullayev Arif Babayevin mərhum həmkarı Əlibaba Məmmədovun yanında dəfn olunduğunu xatırladıb.

Qeyd edək ki, Xalq artisti Arif Babayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Sənətkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170157