Şahramanyan atəşkəs sazişindən DANIŞDI – SƏNƏD İMZALANMASAYDI…

image-67511337_0_0_1495_841_1920x0_80_0_0_c9331b016bb782b7073fa8afbf474abb-jpgbackend

Samvel Şahramanyan Qarabağın erməni sakinlərinə bildirib ki, Dağlıq Qarabağ ləğv olunmayıb, heç bir sənəd xalqın yaratdığı dövləti ləğv edə bilməz.

Busaat.az xəbər verir ki, o, DQR-in buraxılması ilə bağlı imzaladığı fərmanı belə şərh edib.

Qeyd edək ki, Qarabağ erməniləri oktyabrın 1-dən dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməsinin ləğv edilməsinə etiraz olaraq nümayəndəliyə toplaşıblar.

Onlar əvvəllər binaya daxil olublar, lakin sonra Şahramanyan onların yanına çıxıb və bundan sonra birlikdə binadan çıxıblar.

Şahramanyan bildirib ki, yaxın vaxtlarda o, Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və bu zaman insanları narahat edən bütün məsələlərə toxunacaq.

O, sentyabrın 20-də imzalanan atəşkəs sazişinə də toxunub.

Onun sözlərinə görə,  sənəd imzalanmasaydı, nə baş verəcəyini, hər birimi çox gözəl anlayır.

Natiq Kərimli,
Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki