Şamaxıda yeniyetmə yıxılaraq ağır xəsarət alıb

image-1709106889119080559665dee6c9dc6e0backend

Şamaxıda 16 yaşlı oğlan xəsarət alıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Şamaxı şəhərində baş verib. Şamaxı sakini, 2008-ci il təvəllüdlü Sərkərov Qadir Qalib oğlunun yıxılaraq xəsarət aldığı bildirilir. Yeniyetmə rayon mərkəzi xəstəxanasına çatdırılıb, onun ağır kəllə-beyin travması aldığı məlum olub. Hadisənin hansı səbəbdən və necə baş verdiyi araşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki