Məzmuna keç
  • Azeri Light122.49 $▲0.00%
  • Brent neft110.27 $▼0.51%
  • WTI neft101.41 $▲0.07%
  • Avropa qazı (TTF)99.90 €▲5.70%
  • Təbii qaz (ABŞ)3.027 $▼1.21%
  • Qızıl4 053 $▼0.08%
  • Gümüş53.29 $▼1.52%
  • Pambıq78.34 ¢▲0.38%
  • Buğda599.50 ¢▼1.96%
  • Bitcoin79 717 $▼1.88%
  • Ethereum2 304 $▼2.26%
  • S&P 5007 744▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
  • USD1.7000
  • EUR1.8907▼0.0080
  • 100 RUB2.1118▲0.0082
  • GBP2.2601▼0.0073
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6551▲0.0002
  • 100 KZT0.3723▼0.0037
  • UAH0.0372
  • 100 JPY1.0769▼0.0019
  • CHF2.0483▼0.0057
Dünya

Sarkisyan Koçaryana dəstək verməkdən imtina etdi

image-1014000308_0_239_2810_1759_1000x541_80_0_0_9d5256190e646c8e9f3574fc02dc14b2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın keçmiş hakim Respublika Partiyası iyunda keçiriləcək erkən seçkilərə hazırlaşmağa başlasa da, seçkilərdə hansı formatda iştirak edəcəyini hələ də müəyyənləşdirməyib.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, respublikaçılar Ermənistandakı siyasi proseslərdən kənar qalmamaq üçün partiyanın sədri Serj Sarkisyana təzyiq göstərirlər.

Xüsusən də, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın hakimiyyət mübarizəsinə girdiyini nəzərə alsaq, partiya üçün əsas məsələ formatın müəyyənləşdirilməsidir.

Nəşr qeyd edib ki, respublikaçılar Koçaryanla vahid blok yaratmaq ehtimalını istisna edir. Baxmayaraq ki, bir çox RPA nümayəndəsi keçmiş prezidentə qarşı rəğbətini gizlətmir və xüsusən də son parlament seçkilərindən sonra Sarkisyandan narazı olanlar Koçaryanın lehinə işləməyə hazırdır.

“Bununla yanaşı, partiyada seçki siyahısına kimin rəhbərlik edəcəyi məlum deyil. Belə ki, Serj Sarkisyanın siyasətdən ayrılmaq niyyətində olmadığını, ancaq eyni zamanda seçki siyahısında ilk nömrəyə iddia etmədiyini açıqlaması partiyanı çətin bir seçimlə qarşı-qarşıya qoyub: baş nazir postuna namizəd kim olmalıdır?”,-deyə nəşr qeyd edib.

Nəşr ABŞ-da təhsil almağa gedən keçmiş müdafiə naziri Vigen Sarkisyanın seçkilərə qatıla bilməyəcəyini, Arpine Ohannisyanın partiya üzvlüyünü “dondurduğunu” və Koçaryanın seçki kampaniyasında yer alacağını qeyd edib. Partiyanın sədr müavini Armen Aşotyana isə partiyadaxili münasibətin mənfi olduğu bildirilir.

Bundan başqa, son iclasların birində Koçaryan növbədənkənar seçkilər zamanı məntəqələrə getməyin vacibliyini vurğulayıb, lakin Sarkisyan bunu rədd edib.

Həmçinin, Koçaryan küçə mübarizəsinin davam etməli olduğunu, Sarkisyan isə bunun təsirsiz olduğunu deyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=41445