“Seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı alınacaq” – Putin

image-59df6becbea202985633474c68d488a2backend

“Rusiyada seçkilərə kənardan müdaxilə cəhdlərinin qarşısı sərt şəkildə alınacaq”.

Busaat.az “Moskva 24” portalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşündə deyib.

“Rusiyanın daxili işinə istənilən müdaxilənin qarşısı ölkənin qanunlarına uyğun olaraq sərt şəkildə alınacaq. Dövlət xalqımızın azadlığını, suverenliyini və öz gələcəyini seçmək hüququnu qoruyacaq”, – deyə Putin qeyd edib.

Xatırladaq ki, Rusiyada 2024-cü ildə martın 15-dən 17-nə qədər prezident seçkiləri keçiriləcək.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90