Səfər Mehdiyevin yeni “icadı”: Gömrükdə 1.91 müəmması

image-seferbackend

Dövlət Gömrük Komitəsinin (DGK) adı son günlər bir çox qalmaqallarda hallanır. Hələ bir neçə gün əvvəl komitədə 680 milyon manat kəsrin yaranması barədə xəbər yayılmışdı. Həmin kəsrin konkret olaraq büdcə ilə bağlı olması şübhəli məqam olaraq qalıb.

Həmin məlumatlara görə, rəsmi qurumlar bununla bağlı artıq araşdırmalara başlayıblar. Güman edilir ki, 680 milyon manat “kəsr”in yaranmasına səbəb gömrükdəki “Nehrəm qruplaşması”nın həyata keçirdiyi maxinasiyalarla bağlıdır. Yəni, sözügedən məbləğ heç də idxal-ixrac əməliyyatları prosesinin aşağı düşməsi ilə bağlı olmaya bilər. Əksinə, həmin pulun sözügedən qruplaşmanın şəxsi maraqları çərçivəsində “buxara” çevrilə biləcəyi üçün əsaslı şübhələr mümkündür.

Lakin DGK-da başqa bir müəmmalı məsələnin də üstü açılmaq üzrədir. Daha doğrusu, komitə sədri Səfər Mehdiyevin yeni “icadı” olan məsələ bütün sahibkarlarda şok effekti yaradıb. Ötən ilin oktyabrından etibarən ölkəyə mal və məhsul gətirən sahibkarlar yeni qaydalarla üzləşiblər. Məlum olub ki, komitə sədrinin göstərişinə əsasən malın maya dəyərinin neçə manat göstərilməsindən asılı olmayaraq, gömrük rüsumları həmin rəqəmə uyğun hesablanmamalıdır. Yeni qaydaya əsasən mal və məhsulun qiyməti 1.91 manata bölünməli, daha sonra isə alınan məbləğ “invoys qiymətin” üzərinə gəlinməlidir. Alınan cəmə görə isə gömrük rüsumu tutulmalıdır.

Bunu belə izah edək: Sahibkar hansısa ölkədən “X” adlı malı 5 manata alıb. Gömrük Komitəsi həmin 5 manatın üzərinə yol xərcini və digər xərcləri gəlir və nəticədə 6 manatlıq bir qiymət çıxarır. Bundan sonra həmin 6 manatı 1.91 manata bölərək, alınan 3.15 manatı təkrar 6 manatın üzərinə gəlir. Daha sonra isə 9.15 manatdan gömrük rüsumu tutur.

Bildirək ki, belə bir qayda dünyanın heç bir ölkəsində mövcud deyil. Bu hər nədirsə, dünya tarixinə düşəcək “icad”dır. Səfər Mehdiyevin yeni “icadı” isə həm süni qiymət artımına gətirib çıxarır, həm sahibkarın cibinə girmək deməkdir, həm də “yeyinti” üçün münbit şərait yaradır. Təkcə, bu üç amil DGK-nın öz maraqları üçün hərəkət etdiyini göstərir.

Nəzərə alaq ki, sahibkar bu ödənişlərdən əlavə, satdığı hər bir məhsula görə də vergi ödəmək məcburiyyətindədir ki, bu da qiymətin bahalaşması deməkdir. Yəni, gömrüyün belə bir qaydanın tətbiq etməsi süni qiymət artımına gətirib çıxarmaqla yanaşı, sahibkarların da cibinə girilməsi deməkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq.jamaz.info

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90