Yanvarın 15-də Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk xanım Turganer “Millennium Turizm, Konqress DMC” şirkətini ziyarət edib. Görüş zamanı təmsilçi Lefke Avrupa Universitetinin dəstəyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının idarə heyətinin sədri və “Millennium Turizm,Konqres DMC” şirkətinin prezidenti Ruslan Quliyevin təşəbbüsu ilə yaradılan “Kıbrıs Türk Evi” ilə tanış olub və xatirə dəftərinə öz ürək sözlərini yazıb. Görüş zamanı iki ölkə arasında turizm, təhsil və digər sahələr üzrə fikir mübadiləsi aparılmış, 2025-ci ildə nəzərdə tutulan tədbirlər planı müzakirə olunmuşdur. Ufuk xanım Turganer “Kıbrıs Türk Evi”-nin gələcək fəaliyyətinə uğurlar arzulayıb və öz təşəkkürlərini bildirib. Ufuk Turganer bildirib ki, belə layihələrin həyata keçirilməsi Türk Dövlətləri arasında hərtərəfli əlaqələrin inkişafına əvəzsiz töhfədir. Görüş zamanı Ruslan Quliyevə baş təmsilçisi Ufuk xanım Turganer tərəfindən xüsusi təşəkkür plaketi təqdim olunub.
Səfir turizm şirkətini ziyarət etdi -FOTOLAR

Bu bölməyə aid digər xəbərlər
Narkotik vasitələr gənclər arasında getdikcə daha çox yayılmaqda və onların psixoloji, sosial və fiziki sağlamlığına ciddi təsir göstərməkdədir.
Cənubi Qafqazın 2 respublikası – Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərini yeni keyfiyyət mərhələsinə daşımaqdadır. Ötən həftə Gürcüstan prezidenti…
Analar Gününü bu il bir az fərqli şəkildə qeyd etmək istərdinizmi? Ananıza klassik hədiyyələr əvəzinə, birlikdə gözəl xatirələr yaradacağınız bir səyahət bəxş…
Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə sektor müdiri təyin olunan İlqar Nəbiyev “Planet Parni iz Baku” KVN teatrının iştirakçısı olub.
Ehtiyatda olan polkovnik-leytenant Mehman Dadaşov vəfat edib.
Aprelin 22-24-də əsasən gecə və axşam saatlarında bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Busaat.