Səfirlikdəki terroru icra edən Yasinin KEÇMİŞİ və İran cəsus şəbəkəsi ilə əməkdaşlığını sübut edən FAKTLAR – FOTO

image-77777777777backend

Yasin İbrahim oğlu Hüseynzadə bilinən ikinci adı ilə Səfər, 1969-cu ilin 22 martında Mərənd Rayonunun Yekanat kəndində doğulub. Urmiya şəhərinin sakinidir.

Busaat.az-ın Güney Azərbaycan Milli Hərəkatı mənbələrindən əldə etdiyi məlumata görə, ailəlikcə İran İsalm İnqilabından öncə Xalq mücahidləri təşkilatının (silahlı sosialist isalmi təşkilat) üzvü kimi fəaliyyət göstəriblər. Bu fəaliyyət 1979-cu il inqilabından sonra da davam edib. Ailənin bir qızı uzun müddət həbsdə qalıb, bir oğlu isə edam olunub. Digər bir övlad isə İraqda vaxtikən mövcud olan xalq mücahidlərinin “Əşrəf” kampına qaçıb, oradan İran İslam rejiminin əleyhinə fəaliyyətə davam edib. Sonra İran Kəşfiyyatı ilə əlaqəyə keçərək ölkəyə geri dönmə icacəsi deyilən “tövbənamə” əfvi ilə İrana geri qayıdıb, təhlükəsizlik orqanları ilə yaxın əməkdaşlıĝa başlayıb. Bunun nəticəsində oğlunu təhsil Nazirliyində işə götürüblər.

Yasin isə qardaş və bacıları kimi İranda xalq mücahidi kimi həbs olunur, həbsdən əməkdaşlıq qarşılığında sərbəst buraxılır.
Bundan sonra Bakıya iş məqsədilə səfərlərə başlayır, orada Azərbaycan vətəndaşı bir xanımla ailə həyatı qurur. Baķının Nəsimi Rayonunda obyektləri olan Yasin Azərbaycanda fəaliyyət göstərən İrana bağlı şəbəkələrlə əlaqəyə keçir.

Biznesini Azərbaycan məmurlarının “məhv etdiyini” iddia edən Yasin bu səbəbdən ailəsilə İrana qayıdır. Yoldaşı ilə yaxşı münasibəti olmayan Yasin, onu Yekanat kəndinə aparır və kənddə ağır iş rejimində yaşadır. Yoldaşı bu ağır həyat şərtlərindən can qurtarmaq üçün Bakıdakı ailəsinə müraciət edir və təxminən 2022-ci ilin İyun ayında qardaşı və bibisi onu Azərbaycana qaytarmaq üçün İrana gəlirlər. Beləcə Yasinin həyat yoldaşı Bakıya qayıdır. Bunu əsas götürən Yasin Hüseynzadə İran İslam Respublikasının XİN-ə və Azərbaycanın Tehrandaki Səfirliyinə müraciət edir. İran təhlükəsizlik orqanları Yasinin mütəmadi Səfirliyə gediş-gəlişini müşahidə etdikdən sonra onu növbəti anti-Azərbaycan senarisinin əsas obrazına çevirir. İran təhlükəsizliyilə bayaq qeyd etdiyimiz kimi, azadlığı qarşılığında əməkdaşlığı olan Yasin, törətdiyi terror aktından çox öncə İranın Azərbaycandakı radikal dini şəbəkəsilə də ciddi əlaqələr içərisində olub.

Bu əməliyyat öncədən planlaşdırılmış şəkildə Yasinin mövcud süni ailə problemi senarisi üzərindən həyata keçirilmişdir.
Həmin gün Səfirlik binasına yaxın bir neçə binanın damından təhlükəsizlik əməkdaşları tərəfindən video çəkilişləri həyata keçirilib. Hər şeyin öncədən hazırlandığı təsdiq olunub .

image-326158409_1387563025345231_2057779024070398889_n

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki