“Şəhid ailələri və qazilər üçün qaz-işığı ödənişsiz etməliyik”

“Şəhid ailələri və qazilər üçün qaz-işığı ödənişsiz etməliyik”backend

“Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”.

Busaat.az  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Tahir Kərimli bəzi ailə üzvlərinin bir otaqda qızındığını bildirib:

“Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır. Bəzi ailələr var ki, ancaq bir otaqda qaz-işıq yandırıb onun ətrafında isinir. Çıxan kimi işığı da söndürür. Biz bu məsələləri tənzimləməliyik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki